Sağlamlıq

Yatmazdan əvvəl yeməyin TƏHLÜKƏLƏRİ

25 Aprel 2023 07:06
Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yatmazdan əvvəl yemək qanda insulinin kəskin artmasına səbəb olur.

Milli.Az lent.az-a istinadla bildirir ki, bu barədə dietoloq-terapevt Olqa Luşnikova deyib.

Dietoloq qeyd edib ki, insan orqanizmi gündüz saatlarında kalorilərin əsas hissəsini istehlak etmək üçün yaradılıb. Eyni zamanda, yatmazdan əvvəl yemək yemək, xüsusən də, çox miqdarda karbohidratlar olduqda, qanda insulin səviyyəsinin artmasına səbəb ola bilər. Bundan əlavə, yuxunun keyfiyyətinə təsir edəcək. Çünki bədən üçün lazım olan melatonin və somatotropin hormonlarının istehsalına maneə törədəcək.

Digər dietoloq Natalia Gridinanın sözlərinə görə isə axşam yeməyində zülalla zəngin qidalar, tərəvəz və meyvələr, həmçinin kəsmik və dənli bitkilər yemək daha yaxşıdır. Bu qidaların tərkibində melatonin istehsalına əlaverişli olan amin turşusu olan triptofan var.

Eyni zamanda, Gridina yatmazdan 2 saat əvvələdək yeməyi məsləhət görüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.