Sağlamlıq

Bu bitki yaşlı insanların qan damarları üçün faydalıdır

23 Aprel 2023 21:23
Baxış: 1 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərkibindəki vitaminlər, minerallar, antioksidantlar sayəsində mixək yaşlı nəslin sağlamlığına yaxşı təsir edir.

Milli.Az AZƏRTAC-a istinadla xəbər verir ki, diyetoloq, tibb elmləri doktoru Marqarita Korolyovanın sözlərinə görə, mixək damarların möhkəmləndirilməsi üçün faydalıdır: "O, yaşlı nəsildə damar divarının və hüceyrə membranlarının bütövlüyünü qoruyub saxlayır. Bu ədviyyatın istehlakı iltihab əleyhinə təsirə malikdir".

Mixək təkcə sərbəst radikallara deyil, həm də orqanizmdə iltihaba səbəb ola biləcək digər amillərə qarşı da müqavimət göstərir.

M.Korolyova bəzən mixəyin allergik simptomların yaranmasına səbəb olmasına diqqət yetirib. Mütəxəssis əlavə edib ki, bu cür ədviyyatlar heç də bütün insanların nəticəsiz istifadə edə biləcəyi universal məhsul deyil. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.