İftarda bunu etməyin! - XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin tanınmış professoru və kardioloqu Canan Karatay Ramazan ayı üçün xüsusi xəbərdarlıqlar edib.
Milli.Az xəbər verir ki, Ramazanda baş ağrılarının iki əsas səbəbinin olduğunu vurğulayan Karatay bir sıra məhsullardan imtina etməyi məsləhət görüb. Karatayın sözlərinə görə, imsaka qalxarkən acqarına birinci su içilməlidir. Son illərdə artan sonsuzluq problemlərinə də diqqət çəkən həkim qeyd edib ki, 30 yaşlarında gənclər arasında süni mayalanma müalicəsi alanların sayı çoxalıb. O, problemin səbəbini selikliyə səbəb olan kimyəvi maddələrlə dolu qidalarla əlaqələndirib. Kimyəvi və sintetik maddələrdən uzaq durmağı tövsiyə edən Karatay döş və prostat xərçənginə səbəb olan səbəbləri qeyd edib. O, bildirib ki, ən sağlam meyvə zeytundur.
"İnternetdə bir foto gördüm. 1970-ci illərdəki çimərliklər əks olunmuşdu. Hamı arıqdır. 2021-ci ildə çimərliklərə baxsaq, arıq tapmarıq, rəsmən eninə doğru genişlənirik. Mutsuz, doyumsuz, sevgisiz bir hala gəldik. Yeməyin buna böyük təsiri var! Sağlam olmayan bir insandan xoşbəxt görünməyi gözləmək olmaz. Həyatımda market qatığı yeməmişəm. İstifadə müddətini uzatmaq üçün tərkibinə qatqı və kimyəvi maddələr əlavə olunmuş məhsullardan "bomba" görmüş kimi uzaqlaşın.
Gənc əhalinin hamısı xəstədir. Bu gün 20-30 yaşlı gənclər gəlir, 3-4 dərman istifadə edirlər. Mənə müraciət edən xəstələrdən bilirəm. 30 yaşlı qadınlar indi menopauza keçir. Sonra hamısı EKO, ya süni mayalanma üçün növbəyə düzülürlər. Tək qadınlar yox, kişilərdə də sonsuzluq problemi çoxalıb. Bütün bunlar kimyəvi maddələrin orqanizmdə yaratdığı hormonal pozğunluqdan qaynaqlanır! Əgər menstrual tsikliyiniz pozulursa, 30 yaşında menopoza girmisinizsə və ya kişilərdə sperma azalıbsa, bilin ki, bədəninizdə selik var.
Səhər yeməyi günün ən vacib yeməyidir, onu ötürməyin. Boşqabınızda mütləq 2-3 yumurta olmalıdır. Bol pendirli omlet də ola bilər. Pendiriniz mütləq mayalanmalıdır. Mövsümdən asılı olaraq təbii şəkildə yetişdirilən pomidor da ola bilər.
Türkiyədə insanlar çox az su içir. Ancaq torpağın suvarılması kimi, orqanizmi də suvarmaq çox vacibdir. Bu, bir gündə olmur. Ramazandan 5-10 gün əvvəl orqanizmə kifayət qədər su və duzun daxil olmasını təmin etməliyik. Orucluğun ilk günlərində tez-tez rast gəlinən baş ağrılarının səbəbi duz və su çatışmazlığıdır. İmsaka duranda mütləq ac qarına bir stəkan su içmək lazımdır.
İmsakda yumurta yeməyə çalışın, güclü qidadır. Bütün gün bədəninizi enerji ilə təmin edə bilir. Yağsız protein faydasızdır. Ona görə də yağlı yumurta tövsiyə edirəm. Pendir çox önəmlidir. İftar süfrələrində hazır şorbalar içməyin. Şorbamızı evdə bişirək. Tənbəl olmayaq!", - professor yekunda vurğulayıb. (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Darya və Fafa küçədə onlara baxanları ifşa etdilər: Görənlərin ağzı açıq qaldı - (Video)
-
Ayı ilə döyüşür, buzlu suda üzür: Rus idmançının məşqi gündəm oldu - (Video)
-
Kartofa bu ədviyyatı əlavə edin, görün dadı necə olacaq
-
Uzun müddət oturmaq ölüm riskini artırır
-
Arıqlamağa mane olan 3 böyük səhv
-
67 yaşlı Madonna gənc qızlara meydan oxuyur - (Video)
-
Şaftalının faydaları nələrdir, neçə kaloridir?
-
Qatı şokolad sousu resepti
-
Mixail Malkin Dünya kuboku seriyasının qalibidir
-
Azərbaycan gimnastları Dünya Kubokunda fəxri kürsüdə (Foto)
-
Günün qoroskopu: Maliyyə mövzuları bu gün gündəminizdə olacaq
-
Qalibaf: İranla ABŞ arasında sülh yoxdur
-
Braziliya Norveçə qarşı
-
Azərbaycan cüdoçuları Avropa Kubokunu 9 medalla başa vurublar
-
Məşhur azərbaycanlı sənətşünas İrada Berq vəfat etdi
-
“Qarabağ”ın yeni transferi Cebrailin performansı - (Video)
-
Sürücülük vəsiqəsi almaq istəyənlərə yeni xəbər - müddət uzadıldı
-
Aeroport yolunda zəncirvari qəza - (Video)
-
Niklas Züle futbola qayıdır: 9-cu liqada çıxış edəcək
-
Qazaxın Aslanlı kəndində taxıl sahəsi yanıb (Video)
-
Bakıxanovda əks yola çıxan sürücü qəza törətdi (Video)
-
Azərbaycanlı gənc Polşada faciəvi şəkildə öldü (Foto)
-
Şəmkirdə ağıq qəza - ölən və xəsarət alan var
-
Milyonluq təyyarələr səhrada çürüyür: İflas edən şirkətin sonu - (Foto)





