Sağlamlıq

Yumurta yeyənlərə XƏBƏRDARLIQ - Belə bişirin

15 Aprel 2023 07:40
Baxış: 1 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mikrobioloq Esra Şəkər yumurta ilə bağlı xəbərdarlıq edib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, o, quş qripi və bakterial xəstəliklərin insanlara keçməsinin qarşısını almaq üçün quş əti və yumurtaların yüksək temperaturda bişirilməsi lazım olduğunu bildirib.

Onun sözlərinə görə, çiy yumurta və ondan hazırlanan məhsulları yeyilməməlidir. 

Bundan əlavə, mikrobioloq həmçinin hazır sous və kremlərin istifadəsində də diqqətli olmağı tövsiyə edib. 

"Xəstəliklərin sıx yayıldığı dövrlərdə evdə hazırlanan, çöldə istehlak edilən mayonez sousları və ya xəmir kremi kimi məhsulların istifadəsini azaltmaq lazımdır", - Şəkər qeyd edib. 

O, yumurtaların soyuducuda saxlanmasını və istifadə edilməzdən əvvəl yuyulmalı olduğunu da məsləhət görüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.