Sağlamlıq

Uşaqlarda sinir sistemi xəstəlikləri ilə bağlı BİLMƏDİKLƏRİNİZ

8 Mart 2023 07:49
Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqlarda sinir sistemi xəstəliyi simptomları bir-birinə bənzəyir.

Milli.Az "Medicina"-ya istinadən xəbər verir ki, bu simptomlar qollarda və ayaqlarda, sinə və kürəkdə, qarında ağrı, baş ağrısı, migren, yuxusuzluq, depressiv vəziyyət, panik atak, hərəkətlərin zəif koordinasiyası, başgicəllənmə, qulaqlarda səs-küy, əzaların və başın titrəməsi, sidik və ya nəcis tutmama və s-dir.

Uşaq yerində oturmur, diqqətini cəmləmir, daim diqqəti yayındırır, yeriş pozğunluqları, duruşun pozulması, əzələ tonusunun azalması, nitq problemləri, yuxu və oyaqlıq pozğunluqları qeyd olunur.

Bütün bu təzahürlər, əksər hallarda, uşaq inkişafının sonrakı dövrlərində özünü göstərə bilən mərkəzi sinir sisteminin müxtəlif dərəcəli zədələnməsinin nəticəsidir.

Sinir sistemi xəstəlikləri ananın immunoloji sağlamlığından asılıdır. Ananın qanında antitel yüksəkdirsə, ana bətnindəki körpə ilə birgə infeksiyalara qarşı mübarizə apara biləcək. Lakin həmin antitel zəifdirsə ana mübarizə apara bilsə də,uşaq doğularkən hər hansı bir sinir - sistemi xəstəliyi ilə doğula bilər.

Bəzən uşaqlarda sinir sistemi xəstəlikləri hələ doğulmamışdan öncə ana bətnində embrionların fəaliyyətinin qismən pozulması nəticəsində də baş verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.