Sağlamlıq

Gizlin inkişaf edən sürpriz XƏSTƏLİKLƏR

6 Mart 2023 23:30
Baxış: 1 098
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi xəstəliklər var ki, gizlin şəkildə inkşaf edir, insan özünü normal, sağlam hiss edir, lakin günlərin bir günü orqanizmi ona sürpriz yaşadır.

Milli.Az "Medicina"-ya istinadən xəbər verir ki, həkim - kardioloq Yelena Salova geniş yayılmış gizlin xəstəliklərin simptomlarını açıqlayıb.

Arterial hipertenziya zamanı insan bu simptomlara əhəmiyyət vermir. Tez-tez baş ağrıları, dərinin qızarması, ürək döyüntülərinin tezləşməsi və.s.

Nəticədə təzyiq 140 / 160 və ya 80 /90 - a olur. Əgər bir insanda bir gündə 8 saatdan çox təzyiq varsa, mütləq həkimə müraciət etməlidir. Artan təzyiq səbəbindən ürəyin divarları qalınlaşır, ölçüsü artır və gələcəkdə ürək çatışmazlığının inkişafına səbəb olur.

Ateroskleroz-damarların tutulması xəstəliyi adətən təsadüfən qanda aşkar olunur. Qanda lipid səviyyəsinin artması deməkdir. Bu zaman mütləq müalicə götürmək lazımdır. Əks halda, lövhələr böyüyəcək və onların sayı da artacaq, nəticədə insult və infarkt riskinin artmasına gətirib çıxardır.

İkinci dərəcəli diabet demək olar ki, özünü uzun illər biruzə vermir. Qan analizi ilə təsadüfən aşkar edilir. Qanda qlukoza səviyyəsinin artması nəticəsində ağır orqan hipoksiyasının inkişaf riski və hətta ağrıya həssaslığın azalması ilə müşahidə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.