Sağlamlıq

Smartfonun şüası dərini sürətlə qocaldır

28 Avqust 2022 11:30
Baxış: 547
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Telefonun istehsal etdiyi əsas radiasiya mavi işıqdır, lakin ultrabənövşəyi radiasiyadan fərqli olaraq, yanmağa və qızartıya səbəb olmur, ancaq hiss olunmaz şəkildə zərər verir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı kosmetoloq, dietoloq, SPİK Moskva klinikasının baş həkimi Olqa Seredkina xəbərdarlıq edib.

Onun sözlərinə görə, notbuk, smartfon və ya televizor qarşısında altı saat qalmaq, dəriyə günorta günəşində qorunmadan yarım saat qalmaqla müqayisə oluna bilər.

"Mavi işığa məruz qalmaq hiperpiqmentasiyaya səbəb olur. Bundan əlavə, qadcetlərin təsiri dərinin qocalmasını sürətləndirir, ləkələrə və dərinin qurumasına səbəb olur. Smartfondan çıxan mavi işığın epidermisin təbəqələrində kollagenin sintezinə mənfi təsir etdiyi eksperimental olaraq göstərilib", - deyə kosmetoloq bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.