Sağlamlıq

Epilepsiya psixi xəstəlikdirmi? - Yaranma səbəbləri

28 Mart 2022 23:25
0 Şərh     Baxış: 1 294
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tibbi ensiklopediyanın məlumatına görə bu xəstəliyin baş verməsinin səbəbi sinir sisteminin pozulmasıdır. Amma heç də psixi xəstəlik deyildir. İnsan çox əsəbləşəndə, tez-tez spirtli içkilər qəbul edəndə, hətta çoxlu dərman qəbul edəndə də epilepsiya tipli tutmalar təhlükəsi meydana çıxır.

Milli.Az bildirir ki, epilepsiya - əsas əlaməti təkrarlanan və adətən provokasiya olunmayan (refleks epilepsiyalar istisna olmaqla) epilepsiya tutmaları (ET) olan, müəyyən sindromlar zamanı şəxsiyyətin dəyişilməsinin xüsusi tipi və psixi pozuntularla müşayiət edilən müxtəlif etiologiyalı heterogen xəstəliklər qrupudur.

Epilepsiya tutması - baş beyin neyronlarının həddən artıq güclü, hipersinxron boşalmasının klinik təzahürüdür. ET epileptik boşalmalara cəlb olunmuş baş beyin şöbələrinin funksional vəziyyətindən asılıdır və bu zaman ali baş beyin funksiyalarının pozulması, düşüncənin pozulması, anomal sensor və psixi hissiyyatlar, hərəki (motor) pozuntular, yayılmış tutmalar müşahidə olunur.

Yüngül hallarda xəstə ətraf mühitlə əlaqəni itirir, onun yanında olanlar bunu hiss etməyə bilir, xəstənin özü isə keçirdyi hal xatırlamır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.