Sağlamlıq

COVID-19 beynin qismən kiçilməsinə səbəb olur

20 Mart 2022 23:50
0 Şərh     Baxış: 1 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19 beynin qismən də olsa, kiçilməsinə səbəb olur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniyanın Oksford Universiteti tərəfindən aparılan araşdırmada koronavirusa yoluxmamışdan əvvəl və sonra çəkilmiş beyin MRT-lərini (maqnit rezonans görüntüləmə) müqayisə edən elm adamları beynin ümumilikdə 0,2-2 faiz kiçildiyini müşahidə ediblər.

Hətta xəstəliyi yüngül keçirənlərin qoxubilmə və yaddaşla əlaqəli beynində olan hissələrində boz maddənin azaldığı müşahidə olunub.

Boz maddə yaddaş və qərar qəbuletmə kimi funksiyalar üçün də əsas strukturdur.

Boz maddənin azalması ən çox beynin iybilmə funksiyasının yerinə yetirildiyi hissəsində özünü göstərib. Virusun birbaşa bu

bölgəni hədəf aldığı sübut olunmayıb. Virus səbəbindən qoxubilmə itkisi yaşayanların bu hissədən daha az istifadə etməsi

nəticəsində hüceyrə ölümü də baş verə bilər.

Tədqiqatçılar beyindəki bu dəyişikliklərin qalıcı olub-olmaması ilə bağlı məlumatlı olmadıqlarını bildiriblər, lakin digər tərəfdən, beynin sağalma potensialına malik olduğu qənaətindədirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.