Sağlamlıq

Koronavirusdan sonra yaddaşı bərpa etmək üçün nə etməli?

28 Fevral 2022 22:55
0 Şərh     Baxış: 1 494
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koviddən sonra beynin işi və yaddaşda dəyişikliklər olur. Xəstələr huşsuzluqdan şikayətlənir. Hətta nə deyəcəklərini belə xatırlaya bilmirlər.

Milli.Az xəbər verir ki, həkim Sergey Aqapkin hafizəni bərpa etməyin yolunu açıqlayıb.

O özü də kovidə yoluxub və yaddaşla bağlı problemlərini bu üsullarla həll edib.
"Bunun üçün yuxunu normallaşdırmaq, istirahətə üstünlük verməli, təmiz havada olmalı və beyin üçün faydalı qidalar yemək lazımdır. Əgər əvvəlki kimi tez düşünüb, danışıb, oxuya bilmirsizsə, sözlər yaddan çıxırsa yaddaş məşqləri edin.

Şeir kitabı götürüb, şeirləri 3-5 dəfə oxuyub bərkdən səsləndirirsiz.

Əgər bu da kömək etmirsə, həkim nevroloq beyin və yaddaş üçün preparatlar yaza bilər". /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.