Sağlamlıq

Soğan qanda şəkərin miqdarını 4 saat ərzində aşağı salır

20 Fevral 2022 20:40
0 Şərh     Baxış: 1 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ucuz və populyar tərəvəz olan soğan birinci və ikinci növ diabet xəstəliklərindən əziyyət çəkən pasiyentlərin qanında şəkərin miqdarını çox qısa müddətdə - cəmi 4 saat ərzində aşağı salmaq qabiliyyətinə malikdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, alimlər soğandan istifadə zamanı qanda şəkərin miqdarının 40 milliqram/desilitr aşağı düşdüyünü müəyyən ediblər. Elmi işin müəlliflərindən biri olan Entoni Oçeh deyib: "Soğan ucuz və əlçatan olan ərzaqdır ki, yeməklərə ədviyyat qismində qatılır. Ondan diabet xəstələrinin müalicəsində də istifadə etmək mümkündür".

Mütəxəssislər hesab edirlər ki, soğanın bu xassəsi onun tərkibində kversetin və sulfidlərin mövcudluğu ilə izah olunur. Kversetin antioksidant və iltihab əleyhinə təsirə malik olan yaxşı öyrənilmiş flavonoidlər qrupuna daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.