Sağlamlıq

Kağız salfetlər sağlamlıq üçün təhlükəlidir

21 Yanvar 2022 22:30
1 Şərh     Baxış: 1 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər dəfələrlə kağız dəsmalların sağlamlıq üçün ciddi təhlükə mənbəyi olduğunu açıqlayıblar.

Milli.Az xəbər verir ki, istifadə olunmamış kağız dəsmallarda müxtəlif xəstəliklər törədən bakteriyalar toplanır. Bu isə o deməkdir ki, patogenlər insanın əlinə yuyulduqdan sonra da düşə bilər.

Xüsusilə zəif immunitetli insanlar daha çox təhlükədədirlər.

Ekspertlər müxtəlif markaya məxsus kağız dəsmalları sınaqdan keçiriblər və bütün nümunələrdə bakteriyalar aşkar edilib.

Bakteriyalar daha çox təkrar emal edilmiş liflərdən hazırlanan dəsmallarda görülüb.

Həmin dəsmallarda bakteriyalar asanlıqla çoxalır, çünki nişasta kimi yapışdırıcı inqridiyentlər bakteriyalar üçün qidadır. Hansı ki, göz, ağ ciyər, qan və mərkəzi sinir sistemi xəstəliklərinə səbəb olurlar. /aztibb.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.