Sağlamlıq

COVID-19 ürəyə belə təsir edir

7 Fevral 2022 23:34
0 Şərh     Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus infeksiyasına yoluxma zamanı ürək-damar xəstəliklərindən ölüm halları ilə bağlı məlumatlar hətta eyni ölkə daxilində də dəyişir.

Milli.Az xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin baş müstəqil kardioloqu Sergey Boytsov "Radio Rusiya"nın efirində deyib. 

Onun sözlərinə görə, hazırda dünyanın əksər ölkələrində COVID-19 fonunda ürək xəstəliklərindən ölüm hallarının artımı 10-12% təşkil edir.

Mütəxəssis onu da qeyd edib ki, ürək-damar xəstəliklərinin fəsadları, o cümlədən ölüm halları təkcə koronavirusla deyil, həm də əksər infeksiyalarla bağlıdır. Həkim əlavə edib ki, qrip epidemiyası zamanı miokard infarktından ölüm 30 faizə qədər yüksəlir.

"Əsasən ya ürək çatışmazlığı, ya da aritmiyalar nəticəsində qəfil ölüm mexanizmi ilə əlaqəli olan koronar ürək xəstəliyinin digər formalarından ölüm təxminən 10 faizdir" - S.Boytsov qeyd edib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.