Sağlamlıq

Yuxuda təzyiq yüksəlməsinin qarşısını almaq üçün vasitə

24 Dekabr 2021 22:04
0 Şərh     Baxış: 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məlumdur ki, hipertoniya xəstələrinin təzyiqi çox zaman yuxuda da yüksəlir, bu da gecə insultları və infarktlarının sayını artırır.

Milli.Az xəbər verir ki, həkimlər yuxuda təzyiq yüksəlməsinin qarşısını almaq üçün fıstıq yeməyi məsləhət görüb.

Amerika kardioloqlar assosiasiyasının tədqiqatçıları 2 qrup üzərində təcrübələrinin nəticəsini paylaşıb.

Eyni zamanda təzyiq və diabetdən əziyyət çəkən insanlardan ibarət qrupun birinə az yağlı, bol karbohidratlı rasion təyin ediblər. Digərinə isə fıstıq əlavə edilib.

4 həftədən sonra fıstıq qəbul edən qrupda ürək ritminin, ürək atımının, ümumi periferik vəziyyətin yaxşılaşdığı görülüb. Sistolik təzyiq kifayət qədər enib və yuxuda təzyiq yüksəlməsi baş verməyib.

Ona görə həkimlər təzyiq xəstələrinə rasiona fıstıq əlavə etməyi tövsiyə edir. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory