Sağlamlıq

Səhər yeməyi niyə vacibdir?

31 Dekabr 2021 20:55
1 Şərh     Baxış: 966
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səhər yeməyindən imtina ürək-damar xəstəliklərindən ölmə riskinin artması ilə düz mütənasibdir.

Milli.Az xəbər verir ki, müvafiq tədqiqatın nəticələri Amerika Kardioloqlar Kollecinin jurnalında çap olunub.

Mütəxəssislər "National Health and Nutrition Examination Survey" proqramı çərçivəsində keçirilmiş sorğuların nəticələrini təhlil ediblər. Sorğularda 40-75 yaşları arasında 6,5 mindən artıq amerikalı iştirak edib. Sorğular 1988-1994-cü illərdə keçirilib.

Məlum olub ki, uzun müddət ərzində səhər yeməklərindən imtina edən insanlar piylənməyə, xolesterinin səviyyəsinin, qan təzyiqinin artmasına, həmçinin ikinci tip şəkər diabeti və metabolizmin pozulmasına meylli olurlar. Bu amillər öz növbəsində ürək-damar xəstəliklərinin inkişafına təsir göstərirlər.

Mütəxəssislər vurğulayırlar ki, tədqiqatda səhər yeməyinin tərkibi nəzərə alınmayıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.