Sağlamlıq

Kakaonun beyin, ürək və qana müsbət təsiri sübut olundu

31 Dekabr 2021 22:20
0 Şərh     Baxış: 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kakao təbii bitki mənşəli içki olub, kakao paxlalarından hazırlanır. Kakao Cənubi Amerika və Afrikada bitən şokolad ağacının toxumudur.

Onun tərkibində olan teobromin ürək-damar, beyin qan dövranını yaxşılaşdırır.

Milli.Az xəbər verir ki, çoxsaylı elmi tədqiqatlar kakaonun damarlara çox yaxşı təsir etdiyini sübut edib.

Xüsusən orta yaş və yaşlı adamlarda. Damarların tonusunun yaxşı olması və arterial təzyiqi tənzimləmək üçün gündə 30-40 qram təmiz kakaodan içki düzəldib içmək lazımdır.

Kakao qanda xolesterini və yağları azaldır, damarların içini təmizləyir, hemoqlobin sintezinə təsir edir, trombositləri aktivləşdirir, qan laxtalanmasının qarşısını alır.

Bununla da kakao beynin də işinə müsbət təsir edir. Qocalıq demensiyasının qarşısını ala bilər. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.