Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Yeni ili ölkə parlamentinin qarşısında qeyd etmək qərarına gələn minlərlə etirazçıya qoşulub.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 22:00-da etirazçılar parlament binasının qarşısına toplaşıb.
Gecə yarısı isə onlara Zurabişvili də qoşulub.
Aksiya dinc şəkildə baş tutub.
Qeyd edək ki, dekabrın 29-da S.Zurabişvilinin səlahiyyət müddəti bitib. Onu bu postda Mixail Kavelaşvili əvəz edib.
Milli.Az