Gürcüstan

"ABŞ Administrasiyası son günlərini bizə sərf edir"

21 Dekabr 2024 14:08
Baxış: 410
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ölkəmizə tətbiq olunan sanksiyalar ABŞ-də hakimiyyəti təhvil verməyə hazırlaşan Bayden Administrasiyasının növbəti hücumudur".

Milli.Az bildirir ki, bunu Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə deyib.

Gürcü spikerin sözlərinə görə, bu kimi məhdudiyyətlər xalqın rəyinə təsir göstərə bilməz. Ş. Papuaşvili əlavə edib ki, seçkidə məğlub olmuş müxalifətin son günlərini xalqa və hökumətə hücumlara həsr etməsi məyusedici haldır.

"Təəssüf ki, artıq məğlub olmuş hazırkı ABŞ Administrasiyası son günlərini ölkəmizə sərf edir. Onlar Gürcüstan hökuməti və xalqının Birləşmiş Ştatlara göstərdiyi siyasi dəstəyi unudublar. Bayden hökumətinin sanksiyaları Amerika xalqının maraqlarına və ikitərəfli əlaqələrimizə ziddir. Onlar buna görə məsuliyyət daşıyır. Rəsmi Vaşinqton həmin üsuldan bizə təzyiq vasitəsi kimi istifadə edir. Belə məhdudiyyətlər bizə yox, onları təsdiqləyən ölkələrin və hökumətlərin nüfuzuna təsir göstərir". /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.