Gürcüstan

Gürcüstanda parlament seçkilərində neçə azərbaycanlı mübarizə aparacaq?

15 Oktyabr 2024 14:12
Baxış: 263
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkilərində 13 nəfər azərbaycanlı namizəd mübarizə aparacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının saytında məlumat verilib.

Bildirilib ki, onlardan ikisi hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan", bir nəfəri isə "Dəyişikliklər Uğrunda Koalisiya" partiyalarını təmsil edir.

Digər namizədlər isə "Vahid Milli Hərəkat" (2 nəfər), "Güclü Gürcüstan" (1 nəfər), "Vəhdət və İnkişaf" (4 nəfər) və "Bizim Birləşmiş Gürcüstan" (3 nəfər) partiyaları tərəfindən irəli sürülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.