Gürcüstan

Gürcüstana getmək istəyənlərin nəzərinə! - Təxirə salındı

1 İyun 2024 10:32
Baxış: 3 027
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın Milli Turizm Administrasiyası ölkəyə səfər edən bütün turistlər üçün icbari tibbi və bədbəxt hadisələrdən sığortanın 2026-cı ilə qədər təxirə salınmasına qərar verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin versiyaya görə, bu tələb 1 iyun 2024-cü ildə qüvvəyə minməli idi. Lakin turizm administrasiyası və sığorta şirkətləri bir sıra məsələlərdə, o cümlədən sığorta paketinin minimum dəyəri ilə bağlı konsensus əldə edə bilməyiblər.

Bugünkü gün Gürcüstanda yalnız xarici nömrəli avtomobillərin sığortası tələb olunur (15 gündən çox qaldıqda). Sığorta yol qəzası zamanı zərərçəkənlərə dəyən həm fiziki, həm də maddi ziyanı əhatə edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.