Gürcüstan

İtkin düşən azərbaycanlının meyiti tapıldı

21 Aprel 2024 08:45
Baxış: 1 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda soydaşımız qətlə yetirilib.

Milli.Az baku.tv-yə istinadən xəbər verir ki, hadisə Bolnisi rayonunun Saraçlı kəndində baş verib.

Belə ki, itkin düşən 34 yaşlı kənd sakini İsa Hüseynov bir gün sonra Saraçlı meşəsinə yaxın ərazidə ölü halda tapılıb.

Əraziyə Gürcüstan Daxili İşlər Nazirliyinin ekspertiza qrupu cəlb edilib. Ekspertiza nəticəsində gəncin bədən və boğaz nahiyəsindən çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirildiyi məlum olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.