Gürcüstan

Gürcüstanın işlənmiş avtomobil bazarında böhran yaşanır

20 Aprel 2024 12:16
Baxış: 1 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda işlənmiş avtomobil bazarı böhran yaşayır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Sputnik Gürcüstan"-a bu barədə Avtomobil İdxalçıları Assosiasiyasının sədri Aleksandr Noniadze bildirib.

Onun sözlərinə görə, bu gün avtomobil alverçiləri əvvəlki illərlə müqayisədə daha çox dövriyyə kapitalına ehtiyac duyurlar, lakin bazardakı problemlər fonunda avtomobillər maya dəyərindən aşağı qiymətə satılır: "2023-cü ilə qədər artıq təklif bazarın dözə biləcəyindən 60 min ədəd çox olub. Nəticədə bazarda böhran var və avtomobillər satılmır. Ən yaxşı seçim maya dəyərindən aşağı satmaqdır və heç bir mənfəət qalmayıb".

Avtomobil idxalçıları yayda vəziyyətin sabitləşəcəyini və avtomobillərin daha aktiv satılacağını, tələb və təklifin bərabərləşəcəyini gözləyirlər.

Gürcüstanın Milli Statistika Xidməti "Sakstat"ın məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında Gürcüstana 486,6 milyon dollar dəyərində avtomobil idxal edilib ki, bu da 2023-cü ilin üç ayı ilə müqayisədə 31,3% azdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.