Gürcüstan

"Gürcüstan “xarici təsir” qanununu onlardan ilhamlanaraq hazırlayıb"

18 Aprel 2024 20:35
Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Dövlət Departamenti Gürcüstanın hakim Gürcü Arzusu partiyasının təqdim etdiyi "Xarici təsirlərin şəffaflığı haqqında" qanun layihəsinin Kremldən ilhamlanaraq hazırlandığını bəyan edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Dövlət Departamentin mətbuat katibi Metyu Miller ABŞ-nin sözügedən qanun layihəsinə görə son dərəcə məyus olduğunu qeyd edib.

"Gürcüstan parlamentinin Kremldən ilhamlanaraq hazırlanmış "xarici təsir" qanununu irəli aparmaq qərarından ciddi məyus olduq. Məqsəd şəffaflığı təşviq etməkdirsə, Kremldən ilhamlanaraq hazırlanmış bu cür qanunvericilik aktı uyğun deyil. Biz bütün tərəfləri dinc toplaşmaq hüququnu qorumağa çağırırıq", - Metyu Miller qeyd edib.

O qeyd edib ki, Aİ-nin bəyan etdiyi kimi, qanun layihəsinin qəbul edilməsi Gürcüstanı Avrointeqrasiya yolundan çıxara bilər.

"Biz Avropalı müttəfiqlərimizə qoşularaq Gürcüstan vətəndaşlarının böyük əksəriyyətinin arzularına - Aİ-yə tam inteqrasiya olmaq istəyinə zidd olan qanunları qəbul etməməyə çağırırıq. Gürcüstanın vətəndaşlara xidmət edən və Gürcüstan iqtisadiyyatını yaxşılaşdırmaq üçün çalışan canlı vətəndaş cəmiyyəti var. Təklif olunan qanun layihəsi qəbul olunacağı təqdirdə ifadə azadlığını məhdudlaşdıra, bu faydaları Gürcüstan vətəndaşlarına çatdıran təşkilatları ləkələyə və Gürcüstan vətəndaşlarının yüksək keyfiyyətli informasiyaya çıxışını təmin etməyə çalışan müstəqil media təşkilatlarına mane ola bilər", - Metyu Miller qeyd edib.

Qeyd edək ki, Gürcüstan parlamenti ötən gün "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Qanunun qüvvəyə minməsi üçün daha iki oxunuşdan keçməsi lazımdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.