Gürcüstan

Tbilisidə etiraz aksiyası keçirilir

13 Aprel 2024 17:02
Baxış: 1 208
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının Tbilisidəki qərargahı qarşısında etiraz aksiyası keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan Mühafizəkarlar Hərəkatı/Alt-İnfo partiyasının minlərlə üzvü və tərəfdarı Gürcüstanın Milli Dövlət Reyestr Agentliyinin partiyanın qeydiyyatını ləğv etmək qərarına etiraz edirlər.

Xatırladaq ki, daha əvvəl Agentlik bu qərarı partiyanın qurultayında qəbul olunmuş nizamnamənin dövlət reyestrinə təqdim edilməməsi ilə izah edib.

Hazırda nümayişin keçirildiyi əraziyə polis qüvvələri səfərbər edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.