Təhsil

Bu məktəblər gələn ildən distant təhsilə keçəcək

16 Dekabr 2025 11:47
Baxış: 1 267
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bizim elə bölgələrimiz var ki, orada adambaşına 1 şagird üzrə düşən xərc Bakının mərkəzindəki özəl məktəblərin təhsil haqqından daha yuxarıdır".

Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.

"Belə kənd məktəblərinin sayı 10 deyil, yüzlərlədir. Ola bilər ki, cəmiyyət bunu görmür, hiss etmir. Amma bu dövlətin vəsaitidir. İstəsək də, istəməsək də, bu vəsait önəmlidir. 

Bizim kiçik məktəblərimiz heç də ən yaxşı məktəblərimiz deyil. Kiçik məktəblərimizdə çox ciddi keyfiyyət problemi var. Sinifdə 3 nəfər uşaq varsa, onlarla hansı formada pedaqoji prosesi qurmaq olar? Normal sayda şagirdi olan siniflər 3-4 nəfərlik siniflərdən daha səmərəlidir. 

Bizim elə məktəblərimiz var ki, orada işləyən heyətin sayı şagirdlərin sayından 2 dəfə çoxdur. 

Növbəti sentyabr ayından şagird sayı az olan məktəblərdə distant təhsilə keçilməsi planlarımızda var. Biz buna uşaqların rahatlığı yönündən baxırıq. Düşünürük ki, bu model mümkündür və icra olunacaq. Bu model gündəmdədir və növbəti tədris ilindən belə bir pilot layihə olacaq", - nazir qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.