Ölkə

"Sığınacaqların sayı real ehtiyacı qarşılamır" - Mehriban Zeynalova

16 Dekabr 2025 12:06
Baxış: 353
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda sığınacaqların sayı kifayət qədər deyil.

Milli.Az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.

Onun sözlərinə görə, ölkədə mövcud sığınacaqların sayı real ehtiyacı tam qarşılamır. 

Mehriban Zeynalova qeyd edib ki, sığınacaqların yaradılması formal yanaşma ilə həyata keçirilməməlidir:

"Bu cür mərkəzlərin yaradılması asan proses olmamalıdır. Sığınacaqlara yalnız öz işini peşəkar şəkildə bilən, zərərçəkənlərlə işləmək təcrübəsi olan mütəxəssislər cəlb edilməlidir".

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.