Cəmiyyət

Şəxsiyyət və sürücülük vəsiqələrinin verilməsi qaydası dəyişdi - YENİLİK

15 Dekabr 2025 15:38
Baxış: 1 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

DİN vətəndaşların gündəlik həyatını asanlaşdırmaq, dövlət xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, o cümlədən ölkəmizin rəqəmsal transformasiya prosesini sürətləndirmək məqsədilə bir sıra xidmətlərin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təkliflərdə şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi, həmçinin nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin qəbulu mərhələsinin rəqəmsallaşdırılması nəzərdə tutulmaqla vətəndaşlar həmin xidmətlər üzrə ilkin müraciətlərini dövlət qurumlarına getmədən, onlayn şəkildə də təqdim edə biləcəklər.

Qeyd edilib ki, bu təşəbbüs "ölkənin rəqəmsal hökumət" modelinin daha da güclənməsinə, dövlət xidmətlərinin keyfiyyətinin artırılmasına və vətəndaş məmnunluğuna xidmət edəcək, eyni zamanda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verəcəkdir.

Aysel
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.