Bu şəhərə köçmək istəyənlərə 30 min dollar veriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyanın Toskana bölgəsində yerləşən kiçik tarixi Radikondoli şəhəri ora köçüb məskunlaşmağa razı olan şəxslərə maliyyə dəstəyi təklif edir. Ümumi maliyyə stimulu təxminən 30 min ABŞ dollarına çata bilər.
Milli.Az Valyuta.az-a istinadən xəbər verir ki, "New York Post" nəşrinin yazdığına görə, yerli hakimiyyət bu addımla əhalinin azalmasını dayandırmaq və boş qalan evləri yenidən istifadəyə qaytarmaq niyyətindədir.
Bildirilir ki, proqram hələ 2023-cü ildə işə salınıb. Həmin vaxt tərk edilmiş evlərdən birini alıb orada yaşamaq istəyənlərə 20 min avroya qədər (təxminən 23,4 min dollar) yardım, eləcə də isitmə və nəqliyyat xərcləri üçün əlavə 6 min avro (təxminən 7 min dollar) təklif olunurdu.
İndi isə şəhər bu təşəbbüsü genişləndirərək yalnız alıcılara deyil, həm də kirayəçilərə dəstək verməyə başlayıb. 2026-cı ilin əvvəlinə qədər şəhərə köçən yeni sakinlər üçün ilk iki il ərzində kirayə haqqının yarısı kompensasiya ediləcək.
Şəhərin meri Françesko Quarqualini bildirib ki, bu il mənzil alışı və kirayəsi üçün dəstək, eləcə də tələbələrə, ictimai nəqliyyat sərnişinlərinə və "yaşıl" enerji istehlakçılarına maliyyə yardımı kimi digər təşəbbüslər üçün 400 min avrodan çox vəsait ayrılıb.
Bir vaxtlar Radikondolidə təxminən 3 min nəfər yaşayırdı. Hazırda isə əhalinin sayı cəmi 966 nəfərdir. 450 evdən təxminən 100-ü boş vəziyyətdədir.
Bununla belə, vacib bir şərt mövcuddur: mənzil alanlar şəhərdə ən azı 10 il yaşamağı, kirayəçilər isə ən azı 4 il qalmağı öhdələrinə götürməlidirlər.
Təklif olunan yaşayış yerlərinə tarixi mərkəzdə bir və ya iki yataq otaqlı kiçik mənzillər, eləcə də üzüm bağları və zeytunluqlar arasında yerləşən geniş Toskana fermer evləri daxildir. Kiçik obyektlərin qiyməti 50 min avrodan başlayır və 100 min avroya qədər yüksəlir. Evlərin əksəriyyəti qənaətbəxş vəziyyətdədir, lakin bəziləri təmir tələb edir. Subsidiyalar sayəsində isə adətən aylıq 400 avroya başa gələn kirayə mənzili 200 avroya tutmaq mümkündür.
Bələdiyyədə qeyd ediblər ki, proqramın başlanmasından sonra əhalinin sayı 900 nəfərdən 960 nəfərə yüksəlib. Hakimiyyət bunu ailələrin dəstəklənməsi, xidmətlərin inkişafı və xüsusilə gənclərin cəlb olunmasına yönəlmiş siyasətin nəticəsi kimi qiymətləndirir.
2024-cü ildə İtaliyanın Toskana regionunun hakimiyyəti insanların ora köçüb yaşaması üçün ödəniş nəzərdə tutan proqram başladıb. Həmin vaxt yaradılan fond vasitəsilə insanlara 10 min avrodan 30 min avroya qədər qrant verilməsi planlaşdırılırdı ki, onlar Toskana bölgəsində yerləşən kənd evinə köçsün və həmin evi təmir etsinlər. Qrant Toskana bölgəsində əhalisi 5 mindən az olan 76 şəhərcikdən birində yerləşən evin təmir xərclərinin 50 faizini qarşılamalı idi.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
2026-cı ilin sözü bəlli oldu
-
İstanbulda güclü yağış daşqına səbəb oldu - (Video)
-
96 yaşlı "Tiktok" ulduzu ayda 10 min qazanır, 15 mln izləyicisi var (Video)
-
Moskvanın hava limanlarında məhdudiyyətlər - Səma bağlandı
-
Putin Pezeşkianla görüşdü
-
Bəyi ilk dəfə toyda görən gəlinin üz ifadəsi diqqət çəkdi (Video)
XƏBƏR LENTİ
-
Qonşunu öldürən ər-arvada ağır cəza verildi
-
2026-cı ilin sözü bəlli oldu
-
İstanbulda güclü yağış daşqına səbəb oldu - (Video)
-
Azərbaycanda yeni Komissiya yaradılır
-
Balığın qarnından iPhone 18 çıxdı (Video)
-
96 yaşlı "Tiktok" ulduzu ayda 10 min qazanır, 15 mln izləyicisi var (Video)
-
Moskvanın hava limanlarında məhdudiyyətlər - Səma bağlandı
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - (Foto)
-
Şəbnəm Tovuzlu "Eyfel" qülləsinə “yekə vışka”, Parisə "Parij" dedi, qınandı (Video)
-
Beynəlxalq Muğam Mərkəzində “Muğam dəstgahları” konserti keçirilib - (Foto)
-
Sığorta şirkətləri ən çox hansı sahəyə pul ödəyib?
-
Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?
-
Putin Pezeşkianla görüşdü
-
Orxan Nəbizadə “Qədim daş, müasir yaddaş” layihəsi haqqında danışıb – Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)
-
Bu şəxslərin sosial şəbəkə paylaşımları nəzarətdə olacaq
-
Xalq artistinin son vəziyyəti açıqlandı
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar - (Foto)
-
Bankların problemli kredit portfelində hansı sahə öndədir?
-
Sükan arxasında telefon işlədənlərə yeni qayda gəlir
-
Bəyi ilk dəfə toyda görən gəlinin üz ifadəsi diqqət çəkdi (Video)
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! - (Foto)





