Gürcüstan

Gürcüstanın Baş naziri ABŞ-ni tənqid etdi

14 Mart 2024 19:27
Baxış: 2 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Gürcüstanın 4 hakiminə niyə sanskiya tətbiq etməsinə dair sübutları hələ də təqdim etməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri İrakli Koxabidze jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, ABŞ-nin gürcüstanlı hakimlərə viza məhdudiyyəti tətbiq etməsindən sonra Tbilisi sübutları istəyib, lakin üzərindən uzun vaxt keçməsinə baxmayaraq, heç bir sübut təqdim edilməyib.

Kobaxidze əlavə edib ki, ABŞ sübut təqdim etmək əvəzinə Gürcüstandan bu sübutları özünün axtarmasını istəyib. Hökumət başçısı ABŞ-nin bu addımını Gürcüstanın ədliyyə sisteminin müstəqilliyinə qarşı hörmətsizlik kimi qiymətləndirib.

"Heç bir sübut olmadan, üç aktiv, bir keçmiş hakimə viza məhdudiyyəti qoyulması məhkəmənin müstəqilliyi prinsipinə hörmət edilmədiyini göstərir. Biz həmişə məhkəmənin müstəqilliyi prinsipini qətiyyətlə qoruyacağıq", - Kobaxidze deyib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti 2023-cü ilin aprelində korrupsiya əməllərində iştirakına görə Gürcüstanın dörd hakiminə sanksiya tətbiq edib, onların ABŞ-yə girişi qadağan edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.