Gürcüstan

Gürcüstanda qızılcaya yoluxma kəskin artıb

31 Yanvar 2024 06:12
Baxış: 1 331
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda qızılcaya yoluxma hallarında kəskin artım müşahidə edilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Tbilisidə fəaliyyət göstərən İaşvili Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze mətbuata açıqlamasında deyib.

O, bildirib ki, 2023-cü il ərzində Gürcüstanda qızılcaya 23 yoluxma halı qeydə alınıb, 2024-cü ilin təkcə yanvarında təsdiqlənmiş yoluxma hallarının sayı 16-dır. Əlavə edib ki, yoluxmalardan 14-ü paytaxt Tbilisidə qeydə alınıb və onların əksəriyyəti 20-40 yaş aralığından olanlardır.

Çxaidze yoluxma hallarının Rusiya, Qazaxıstan və Azərbaycanda da artdığını, ÜST-ün Avropa regionunda 2022-ci illə müqayisədə yoluxmaların 42 dəfə artdığını bəyan edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.