Gürcüstan

Gürcüstanda məktəblərdə şahmat məcburi fənn olacaq

20 May 2022 09:42
0 Şərh     Baxış: 889
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda məktəblərdə şahmat məcburi fənn olacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qərar Respublikanın təhsil naziri Mixail Çxenkeli tərəfindən təsdiqlənib.

"Şagirdlər analitik, məntiqi, tənqidi təfəkkür və praktiki problem həll etmə bacarıqlarını inkişaf etdirmək üçün birinci sinifdən şahmatı öyrənəcəklər. Şagirdlər arasında şahmat icbari fənn olacaq", - deyə nazirlikdən bildirilib.

İkinci və üçüncü siniflərdə şahmat seçmə fənn kimi təklif olunacaq.

Yenilik Gürcüstanda yeni tədris ilindən qüvvəyə minəcək. Həmin vaxta qədər Təhsil Nazirliyi Milli Şahmat Federasiyası ilə birlikdə müəllimlər və təhsil resursları hazırlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.