AMEA-nın əməkdaşları attestasiya olunacaqlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan əməkdaşların attestasiyasının keçirilməsinə metodiki yardımın göstərilməsi üçün AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin təşkilatçılığı ilə onlayn seminar-məşğələ keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatların direktorları, eləcə də kadrlar şöbələrinin müdirləri iştirak ediblər.
Seminarda çiriş sözü ilə çıxış edən AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev qeyd edib ki, bu gün ölkəmizdə bütün fəaliyyət istiqamətlərində, o cümlədən elmi sahələrdə geniş islahatlar həyata keçirilir. AMEA-nın ölkəmizdə elm sahəsində dövlət siyasətini həyata keçirən ali qurum olduğunu deyən R.Əliquliyev vurğulayıb ki, bu gün alimlərimizin apardığı tədqiqatlar prioritet istiqamətləri əhatə etməklə Azərbaycan dövlətinin maraqlarına xidmət etməli, eləcə də hazırda dünyada gedən çağırışlara cavab verməlidir.
Akademik Rasim Əliquliyev AMEA-nın elmi müəssisə və təşkilatlarının fəaliyyət planlarının, o cümlədən stukturlarının yeniləndiyini, nəticədə işçilərin attestasiyasının keçirilməsinə ehtiyac yarandığını söyləyib. Diqqətə çatdırıb ki, AMEA Rəyasət Heyətinin 28 yanvar 2021-ci il tarixli qərarı ilə AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan əməkdaşların attestasiyasının keçirilməsi qərara alınıb. Onun sözlərinə görə, attestasiya zamanı insan resurslarına və onların qarşısına qoyulan vəzifələrə yenidən baxılmalı, potensialları aşkarlanmalı, qabiliyyətləri ön plana çəkilməlidir. Attestasiyanın keçirilməsində əsas məqsədin cəmiyyətdə aparılan islahatlara AMEA-nın dəstəyini ifadə etmək olduğunu deyən R.Əliquliyev bu prosesdə elmi müəssisə və alimlərin yaxından iştirakının vacibliyini vurğulayıb.
Tədbirdə həmçinin AMEA Rəyasət Heyəti aparatının Hüquq və kadrlar idarəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru, dosent Rasim Ağasiyev çıxış edərək bildirib ki, Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları" və Əmək Məcəlləsinin 65-67-ci maddələrinin tələblərinə əsasən, elmi müəssisə və təşkilatlarda attestasiya komissiyası yaradılmalıdır.
Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərini diqqətə çatdıran R.Ağasiyev vurğulayıb ki, işəgötürənin əmri ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır: "İşəgötürən attestasiya komissiyasının üzvü ola bilməz. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə suallar verilə bilər. Attestasiya komissiyasının işi obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir".
R.Ağasiyev Əmək Məcəlləsinə əsasən, vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət almış və əlilliyi müəyyən edilmiş işçilərin, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş əməkdaşların, bir vəzifədə faktik olaraq bir ildən az müddətdə çalışan işçilərin, hamilə və sosial məzuniyyətdə olan qadınların attestasiyasının keçirilmədiyini söyləyib. Elmi müəssisə və təşkilatlarda işləyən işçilərin hər üç ildən, elmi işçilərin isə beş ildən bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə biləcəyini diqqətə çatdırıb.
İdarə rəisi bildirib ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında çalışan işçilərin işlədiyi müddət nəzərə alınmaqla, onların siyahısı tutulmalı, müvafiq məlumatlar verilməli, attestasiya vərəqi və qrafiki tərtib olunmalı, xüsusi karantin rejiminin qaydalarına əməl etməklə attestasiyanın keçirilməsinə başlanılmalıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar





