Tanınmış alim vəfat etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Görkəmli alim və pedaqoq, fizika-riyaziyyat elmləri namizədi, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi, Gəncə Dövlət Universitetinin fəxri professoru Nüyvər Loğman oğlu Nəsrullayev vəfat edib.
Milli.Az konkret.az-a istinadən xəbər verir ki, Gəncə Dövlət Universitetinin fəxri professoru uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Nüyvər Nəsrullayev 1939-cu ilin martın 8-də Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.
O, 1958-ci ildə Nuxa rayonu Oxud kənd orta məktəbini qızıl medalla bitirib.
Nüyvər Nəsrullayev 1958-1962-ci illərdə o vaxtkı Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) fizika-riyaziyyat fakultəsində təhsil alıb və institutu fərqlənmə diplomu ilə bitirib. O, 1969-1972-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında oxuyub, 1974-cü ildə Kazan Dövlət Universitetində professor Şirokovun rəhbərliyi ilə "Psevdoevklid fəzasının diferensial həndəsəsi haqqında" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Onun elmi fəaliyyəti əsasən diferensial həndəsə və psevdoevklid fəzalarının tədqiqi ilə bağlı olub. Nüyvər Nəsrullayevin gərgin elmi-pedaqoji fəaliyyəti olub. O, ömrünü elmə, təhsilə və gənc nəslin yetişdirilməsinə həsr etmiş ziyalılardan olub.
Nüyvər Nəsrullayev 1962 - 1964-cü illərdə Nuxa rayonunun Cəyirli kənd məktəbində, 1964 - 1966-cı illərdə isə Nuxa şəhər 2 nömrəli orta məktəbində fizika və riyaziyyat müəllimi vəzifəsində çalışıb.
O, uzun illər ərzində Gəncə Dövlət Universitetində müəllim, dosent, kafedra müdiri, fakultə dekanı, prorektor kimi çalışıb.
Nüyvər Nəsrullayev 1977-1985-ci və 2000-2011-ci illərdə GDU-nun "Həndəsə və cəbr" kafedrasına rəhbərlik edib, 1985-1998-ci illərdə isə riyaziyyat-informatika fakultəsinin dekanı olub.
Nüyvər Nəsrullayev GDU-də ali həndəsə, analitik həndəsə və diferensial həndəsə fənlərini tədris edib.
O, "Həndəsənin əsasları","Qraflar", "Həndəsə məsələləri", "Qurmalar həndəsəsinin əsasları" kimi dəyərli dərs vəsaitlərinin müəllifidir.
2009-cu ildə Azərbaycan Respublikası Prezident İlham Əliyev tərəfindən ona Nüyvər Nəsrullayevə "Əməkdar müəllim" fəxri adı verilib, 2016-cı ildə isə o, GDU-nun "Fəxri professoru" adına layiq görülüb.
Allah rəhmət eləsin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanlı alim vəfat etdi
-
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)
-
100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər
-
Həsən Osmanov vəfat etdi
XƏBƏR LENTİ
-
Həftə sonuna qədər uğur qazanacaq bürclər
-
“Dostları ərimi xəyanətə təşviq edirlər…” - Yasemin Sakallıoğlu
-
16 min nəfərin yuxusu araşdırıldı - telefonlar yuxumuza niyə girmir?
-
Köhnə kompüter monitorunu televizora çevirmək üçün sadə və ucuz üsul
-
Nə yulaf, nə qranola: Qatığa bir qaşıq əlavə edənlərin bağırsağı mühərrik kimi işləyir
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Şəmkirdə ağır qəza - 2 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində 12 Noyabr – Konstitusiya Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü - (Foto)
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)





