Təhsil

Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlanıb

23 Yanvar 2026 13:58
Baxış: 80
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsil tələbə krediti üçün müraciət tarixləri açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Təhsil Tələbə Krediti Fondu (TTFK) məlumat yayıb.

Qeyd edilib ki, 2025-26-cı tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə (TTK) müraciətlərin qəbulu yanvarın 31-i saat 23:59-da başa çatacaq. 2025-26-cı tədris ilinin yaz semestri üzrə TTK üçün yeni qeydiyyat isə fevralın 1-i saat 00:00-dan başlayacaq.

Bildirilib ki, müraciətlər bayram günləri və həftəsonları da daxil olmaqla hər gün qəbul olunur.

Payız semestri üzrə təqdim edilmiş müraciətlərin emal prosesi qeydiyyat müddəti başa çatdıqdan sonra da davam etdiriləcək.

TTK müraciəti zamanı çətinliklə qarşılaşan şəxslərə operativ dəstək göstərilməsi məqsədilə fond tərəfindən yaradılmış yardım masası fəaliyyət göstərir. Müraciətçilər hər iş günü saat 09:00-dan 18:00-dək Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 34 ünvanında yerləşən ofisə yaxınlaşaraq müvafiq dəstək ala bilərlər.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.