Təhsil

“Azərbaycan dili dərslərinin saatları artırılmalıdır”

25 Dekabr 2025 13:23
Baxış: 328
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Azərbaycan dili dərslərinin saatları artırılmalıdır".

Milli.Az xəbər verir ki, bunu "İlhamlı gənclər - multikultural Azərbaycan nəsli" adlı forumda deputat Fariz İsmayılzadə deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən monitorinqlər keçirilməli, özəl ingilis dili məktəblərində Azərbaycan dilinin hansı səviyyədə tədris olunduğu, bu fənnə neçə saat ayrıldığı diqqətlə araşdırılmalıdır.

Eyni zamanda nəzərə çatdırıb ki, son illərdə bəzi fənlərin Azərbaycan dilində tədrisinə başlanılıb. Hətta rus sektorunda belə Azərbaycan tarixi və Azərbaycan coğrafiyası artıq rus dilində deyil, Azərbaycan dilində tədris olunur:

"Bütün bu addımlar Azərbaycan dilinin qorunmasına xidmət edir. Məqsədimiz gənclərimizin Azərbaycan dilini mükəmməl bilməsi, xarici dillərlə yanaşı, öz milli dilini də mütləq şəkildə mənimsəməsidir. Hesab edirəm ki, bu istiqamətdə atılan addımlar daha da artırılmalıdır".

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.