DİM: 580 şagirdin yazı işinə düzəliş edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Martın 3-də və 10-da keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 10496 şagird 29966 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Edilən bütün müraciətlər araşdırılıb, haqlı qeydlər nəzərə alınıb, digər (əsassız) iddialarla bağlı isə şagirdlərin elektron apellyasiya ərizələrinə hər iş üzrə ekspert rəyi əlavə edilib.
Bu barədə Milli.Az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, müraciətlərin 302-si boş yazı işindən (bu işlərdə şagirdlər tərəfindən heç bir yazı işi yerinə yetirilməyib və tamamilə boşdur), 652 si isə tam bal ilə qiymətləndirilmiş işlərdən (bu işlər yoxlama vaxtı markerlər tərəfindən onsuz da tam bal ilə qiymətləndirilib) olub. Tam ballıq işlərə aid müraciətlər də araşdırılıb və elektron apellyasiya ərizələrində müvafiq qeydlər yazılıb.
DİM şagirdlərin nəzərinə çatdırır ki, elektron apellyasiya ərizələrinə daxil olaraq Apellyasiya Komissiyasının qərarları ilə tanış ola bilərlər. Qeyd edək ki, bununla bağlı (apellyasiya prosesinin başa çatması ilə bağlı) şagirdlərin elektron apellyasiya ərizələrində yazdıqları mobil telefon nömrələrinə SMS məlumat göndərilib.
Apellyasiya Komissiyası tərəfindən düzəliş edilən halların (iki imtahan üzrə birlikdə bütün yazı işlərinin 0,08 faizi) 514-ü yerdəyişmə halları (cavab vərəqində bir tapşırığa aid yazı işinin həllinin və ya cavabının başqa tapşırıq üçün nəzərdə tutulmuş hissəyə yazılması halları), 45-i şagirdin xəttinin çətin oxunması, 21-i cavab vərəqində yazı işinin yerinə yetirilməsi üçün nəzərdə tutulan çərçivədən kənara çıxma halları, qalanları isə yazı işlərinin qiymətləndirilməsi zamanı yol verilən səhvlərlə bağlıdır.
Müsbət həll olunan işlərlə bağlı müvafiq düzəlişlər iyunun 3-4-də şagirdlərin rəsmi imtahan nəticələri ilə bağlı səhifələrində öz əksini tapacaq.
Xatırladaq ki, martın 3-də və 10-da keçirilmiş imtahanlarda ümumilikdə 105000-dən çox şagird iştirak edib və bu şagirdlər 2,5 milyondan çox yazı işi yerinə yetiriblər.
Qeyd: Əvvəlcədən elan edildiyi kimi, kodlaşdırma ilə bağlı olan müraciətlər (məsələn eyni sətirdə iki dairənin qaralanması, dairənin üzərində "X" işarəsi qoyulması, dairəni tam qaralamaq əvəzinə digər işarələrin qoyulması və s.) nəzərə alınmayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
XƏBƏR LENTİ
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində İlahiyyat İnstitutu tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Əkrəm Tağıyev vəfat etdi
-
Avtobus zolağına girən sürücülərə DİN-dən xəbərdarlıq
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar
-
Azərbaycan və Monqolustan arasında hava əlaqəsi yaradılacaq
-
Cəlilabaddakı kütləvi zəhərlənmə ilə bağlı prokurorluqdan açıqlama
-
Ayın 1-də leysan olacaq, dolu düşəcək - Proqnoz
-
Ordubad və Naxçıvanda qaz olmayacaq
-
Prokuror olmaq istəyənlərin diqqətinə
-
Daha bir ölkəyə vizasız səyahət etmək olacaq
-
Ombudsmanın maaşı 12 min manata qaldırılır - Qərar
-
Növbəti köç karvanı Cəbrayıla çatdı - (Yenilənib)
-
Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı
-
Dubaydan Təl-Əvivə uçan təyyarə Səudiyyə Ərəbistanına endi - (Yenilənib/Foto)
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Subaylara dövlət dəstəyi ilə sevgili tapılacaq - Bu ölkədə
-
Orkun Kökçü Türkiyə millisinin heyətindən çıxarıldı
-
12 ildən sonra ABŞ qoşunları İraqdan çıxdı
-
Bakıda qutabı 75 manata satırdı - İş adamının Rusiyadakı biznesi üzə çıxdı
-
Samirə Yusifqızı: “Fərəh söyüş söyübsə, mənim nə günahım var?”
-
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul edib
-
BDYPİ-dən sürücülərə çağırış
-
Milli Məclisin payız sessiyası başladı - 16 məsələ müzakirədə
-
Pomidor tribunalı: İrəvan Aİİ-də Moskvaya qarşı hüququn işləyib-işləmədiyini yoxlayacaq





