“Rus dili dərsliyində xətaya yol verilib, dəyişilməlidir” - Rəsmi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gündən etibarən 4- cü sinif rus dili dərsliklərində 20 Yanvar faciəsi ilə bağlı yazılan mətn sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Belə ki, mətndə rus ordusunun Bakıya Xalq Cəbhəsini iflasa uğratmaq üçün girdiyi ifadə edilib. Bu fikir isə sosial şəbəkələrdə tarixçilər, ictimai şəxslər tərəfindən ciddi tənqid ilə qarşılaşıb. Məsələnin bu cür ifadə edilməsi tarixin təhrif edilməsi kimi qiymətləndirilib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır və bir neçə mərhələdən ibarət ekspertizadan keçir: "Bu zaman dərsliyə mütəxəssislər, müvafiq elmi-pedaqoji qurumlar rəy verir. Həmçinin dərslik layihələri ictimaiyyətin müzakirəsi üçün www.trims.edu.az saytında yerləşdirilir.
Ümumi təhsil müəssisələrinin tədris rus dilində aparılan 4-cü sinifləri üçün Rus dili dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən (səh.105) mətndə tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunub ki, bu da müvafiq dəyişiklik edilməsini zəruri edir. Bildiririk ki, 2019-cu ildə hazırlanmış bu dərsliyin elektron variantında düzəliş edilərək www.trims.edu.az saytında yerləşdirilib.
20 Yanvar faciəsi Azərbaycanın milli qürur və qəhrəmanlıq səhifəsidir. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu ehtiramla anır, onları hörmətlə yad edirik".
Qeyd edək ki, uşaqlar üçün yazılmış mətndə deyilir ki, Bakıda həmin qanlı gecədə şəhid olmuş dinc sakinlər guya sovet ordusu ilə AXC silahlı dəstələri arasında baş verən atışmada həlak olub.
Milli.Az
XƏBƏR LENTİ
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun





