Azərbaycanda İCESCO-nun regional ofisinin açılması ilə bağlı işlər tamamlanmaq üzrədir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İtaliyanın Bolonya şəhərində keçirilən G-20 sammitinin Dinlərarası Dialoq Forumunda iştirak edən Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov İCESCO-nun baş direktoru Salim bin Məhəmməd Əl-Malik ilə görüşüb.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan-İCESCO əlaqələrindən söhbət açılıb, baş direktorun 2021-ci yanvar ayında Azərbaycana səfəri, həmin səfər çərçivəsində müzakirə olunan məsələlərlə bağlı yenidən fikir mübadiləsi aparılıb.
Anar Kərimov İCESCO-nun baş direktorunun bu səfərinin Azərbaycan cəmiyyətində böyük rezonans doğurduğunu,
İCESCO-nun 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə ölkəmizə verdiyi dəstəyin bir daha yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Eyni zamanda həmin səfər çərçivəsində razılaşdırılmış məqamların həyata keçirilməsi üçün konkret addımların atılması ilə bağlı müzakirələr aparılıb.
Salim Əl-Malik öz növbəsində Azərbaycana yüksək səviyyədə rəsmi səfərə dəvət edildiyinə və Prezident İlham Əliyev tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirib, görüşlərdə əldə olunan razılaşmaların icrası ilə bağlı İCESCO-nun artıq fəaliyyətə başladığını deyib.
Vurğulanıb ki, buraya ən vacib məqam olaraq Şuşa şəhərinin "İslam Mədəniyyətinin Paytaxtı" elan edilməsi, Azərbaycanda İCESCO-nun regional ofisinin açılması ilə bağlı məsələlərin tamamlanması, həmçinin İCESCO-da Nizami Gəncəvinin 880 illiyinin qeyd olunması kimi məsələlər daxildir.
Görüş zamanı cari ilin sonuna kimi İCESCO-nun Baş katibliyində Nizami Gəncəvi irsinə həsr olunmuş böyük beynəlxalq tədbirin təşkili, regional ofis ilə bağlı məsələlərin Azərbaycan tərəfinin təklif etdiyi məqamlara aydınlıq gətirildikdən sonra işçi qrup səviyyəsində müzakirə edilməsinə dair ümumi razılıq əldə olunub. Eləcə də bu ilin sonunadək həm İCESCO Baş Konfransında, həm mədəniyyət nazirlərinin konfransında bu məqamlarla bağlı təqdimatların edilməsi razılaşdırılıb.
Baş direktor eyni zamanda Azərbaycan tərəfinin yeni təşəbbüsü olan "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasına öz dəstəyini ifadə edərək, 2021-ci ilin dekabr ayında keçiriləcək İCESCO Baş Konfransı çərçivəsində bu kampaniyanın geniş təqdimatının keçirilməsinə razılığını ifadə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
XƏBƏR LENTİ
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı





