İqtisadiyyat

Avropada təbii qaz neftdən 1,5 dəfə baha satılır

7 Sentyabr 2021 17:46
0 Şərh     Baxış: 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeraltı qaz anbarlarında ehtiyatların az olması səbəbindən Avropa bazarında təbii qaz neft qiymətinə nisbətdə 1,5 dəfə daha baha olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin təbii sərvətlər və əmtəə məhsulları qrupunun direktoru Dmitri Marinçenko bildirib.

Məlumata görə, Niderlandın TTF (Avropanın ən likvid virtual satın mərkəzi) indeksi üzrə oktyabr ayı üçün qaz fyuçerslərinin qiyməti daha bir rekordu yeniləyib. Belə ki, sentyabrın 7-də keçirilən ticarət sessiyasında hər min kubmetr üçün qazın qiyməti 660 ABŞ dollarına və ya neft ekvivalentində bir barel üçün təqribən 110 dollara çatıb.

Qeyd olunur ki, hazırda "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti bir barel üçün 72 dollardan aşağı düşüb, bu da o demədir ki, qazın qiyməti neftin qiymətini 1,5 dəfə üstələyib.

D. Marinçenkonun sözlərinə görə, qaza olan qiymətlərin yüksəl olmasının əsas səbəbi ötən qışın soyuq, yayın isə isti keçməsi nəticəsində anbarlarda "mavi yanacağın" az olmasıdır.

"Hazırda Avropa anbarlarında rahat bir qış mövsümünü keçirmək üçün lazım olandan 10-15 mlrd. kubmetr az qaz mövcuddur", - D. Marinçenko qeyd edib.

O əlavə edib ki, hava faktorunun təsiri, daha yüksək nəqliyyat və saxlama xərcləri və "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) kimi sabitləşdirici amilin olmaması səbəbindən təbii qaz neftdən daha volatil məhsuldur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.