İqtisadiyyat

Azərbaycanın qeyri-neft ixracı 27 % artıb

5 İyul 2021 12:54
Baxış: 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci il yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1162,4 milyon dollar təşkil edib və 2020-ci illə müvaqfi dövrü ilə müqayisədə 27,1 faiz artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Milli.Az-a verilən xəbərə görə, "İxrac İcmalı"nın məlumatına görə, ölkəmizdə həyata keçirilən kompleks tədbirlər nəticəsində koronavirus (COVID-19) pandemiyasının qeyri-neft ixracına mənfi təsrləri azaldılıb və ixracda dinamik artıma nail olunub.

Qeyd edilən müddətdə şəkər ixracı 2,5 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2,4 dəfə, pambıq ipliyinin ixracı 2,4 dəfə, pambıq lifi ixracı 2,1 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 49 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.