İqtisadiyyat

Apreldə Azərbaycanda elektrik enerjisi istehsalı artıb

25 May 2021 00:30
Baxış: 849
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvar-aprel aylarında Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 73,42 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da illik müqayisədə 2,3% çoxdur.

Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hesabat dövründə Azərbaycanda külək elektrik stansiyalarında 31,12 mln. kVt-saat, günəş elektrik stansiyalarında isə 14,2 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Məlumata görə, hesabat dövründə külək, günəş stansiyalar və Bərk Məişət Tullantılarının Yandırılması Zavodu tərəfindən 118,7 mln. kVt-saat enerjisi istehsal edilib, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1 mln. kVt-saat və ya 0,84% azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.