İqtisadiyyat

Azərbaycan İtaliyaya yeni məhsul ixracına başlayıb

17 May 2021 10:44
Baxış: 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Azertexnolayn" MMC istehsal etdiyi məhsulların ixrac coğrafiyasını genişləndirir.

İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, "Azertexnolayn" MMC ilk dəfə olaraq HDPE borularının (təzyiqli su boruları) İtaliyaya ixracına başlayıb.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ilk rezidenti olan "Azertexnolayn" MMC 2013-cü ildə istehsal fəaliyyətinə başlayıb. Sənaye Parkında "Azertexnolayn" MMC-nin 3 zavodu - polad boru, polietilen məmulatları və texniki avadanlıqlar zavodları fəaliyyət göstərir. "Azertexnolayn" MMC-də qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. İstehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, əsasən MDB və region ölkələrinə ixrac edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.