İqtisadiyyat

Nazirlik Vahid Mustafayevin şirkətini cərimələdi

20 Mart 2021 21:43
Baxış: 1 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Brend saatların satışı ilə məşğul olan "VMF" şirkəti cərimələnib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyinin keçirdiyi monitorinqlər zamanı "VMF" şirkətində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.

Şirkətin əməkdaşlarının tibbi maskadan istifadə etməməsinə görə MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə protokol tərtib edilib.

Buna görə "VMF" şirkəti 600 manat cərimə edilib. Hazırda işə Bakı Apellyasiya Məhkəməsinə baxılır. Martın 29-da baxış iclası keçiriləcək.

Qeyd edək ki, "VMF" şirkəti bağlanmış "ANS" TV-nin prezidenti Vahid Mustafayevə məxsusdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.