İqtisadiyyat

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,5 faiz faiz azalıb

17 Mart 2021 09:11
Baxış: 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2021-ci ilin yanvar-fevral aylarında ölkədə 12019,0 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,2 faiz az ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 7,5 faiz, qeyri neft-qaz sektorunda isə 0,4 faiz azalıb.

ÜDM istehsalının 41,2 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,7 faizi tikinti, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,0 faizi informasiya və rabitə, 0,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1201,6 manata bərabər olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory