İqtisadiyyat

"Maersk Drilling"dən "Şahdəniz" açıqlaması

16 Mart 2021 13:07
Baxış: 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Danimarkanın "Maersk Drilling" şirkətinin "Şahdəniz" qaz kondensat yatağında "Maersk Explorer" qazma qurğusu ilə həyata keçirdiyi işlər plana uyğun davam edir.

Bu barədə Milli.Az-a şirkətdən bildiriblər.

Qeyd olunub ki, "Maersk Explorer"in mövcud müqavilə üzrə işlərini cədvələ uyğun başa çatdıracaq:

"Bu onu bildirir ki, son 9 il ərzində "Maersk Drilling" tərəfindən qazılan qurğuların sayı 22-yə çatacaq. Biz, həmçinin "Maersk Explorer" üçün yeni imkanlar axtarırıq".

Qeyd edək ki, "Maersk Explorer" "İstiqlal" qazma qurğusu ilə birgə "Şahdəniz" yatağının işlənməsi çərçivəsində 20 quyu qazıb və onlardan 16-ı artıq başa çatdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.