BirBank ilə ƏDV-nin qaytarılması üçün yarım milyondan çox istifadəçi 85,4 milyon çek daxil edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2020-ci ilin may ayında fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilən ƏDV-nin geri qaytarılmasına başlanılıb. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15%-ni, nağd ödənişlərdə isə 10%-ni təşkil edir.
Layihənin əsas məqsədi həm vergilər sistemində şəffaflığın artırılması, həmçinin nağdsız ödənişlərin stimullaşdırılmasıdır. Dövlət Vergi Xidmətinin statistik göstəricilərə nəzər salsaq görərik ki, portaldan 1 milyondan artıq istifadəçi qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən təxminən 89%-i (təqribən 907 min nəfəri) əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil edib.
İndiyədək vətəndaşlar tərəfindən 132 milyondan çox kassa çeki barədə məlumat https://edvgerial.kapitalbank.az/ portalında qeydə alınıb. Artıq təsdiq olunmuş çeklər üzrə təqribən 47,2 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual "pul qabı"na yerləşdirilib.
Əhaliyə təqdim edilən bu layihənin ilk maliyyə tərəfdaşı Kapital Bank və BirBank mobil tətbiqi oldu. İstifadənin daha rahat olması üçün BirBank mobil tətbiqinin "Bonuslar" hissəsində "ƏDV geri al" bölməsi yaradıldı. Bununla da BirBank mobil tətbiqinin QR xidmətindən istifadə edərək, çekin üzərində olan kodu skan edib, onu daha tez və rahat şəkildə portala əlavə etmək mümkün oldu.
Rəqəmlərə baxsaq görərik ki, hazırda ƏDV məbləğini geri alan istehlakçıların böyük əksəriyyəti BirBank istifadəçiləridir. Portala daxil edilən çeklərin statistikasına baxsaq hər 4 nəfərdən 3-ü bunu BirBank vasitəsilə həyata keçirib (təqribən 85,4 milyon çek). 2021-ci ilin yanvar və fevral aylarında isə BirBank vasitəsilə sistemə daxil edilən çeklərin miqdarı 75% civarında olub.
Bundan başqa virtual "pul qabı"na yerləşdirilən vəsaiti BirBank mobil tətbiqi vasitəsilə ölkədaxili bank kartlarına köçürmək və nağdsız ödənişlər zamanı istifadə etmək mümkündür. Bu xidmətindən yararlanmaq üçün həm portal, həm də BirBank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.
Qeyd edək ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində https://edvgerial.kapitalbank.az/ portalına və ya BirBank mobil tətbiqinə müraciət etməlidir. Çekin 12 simvollu fiskal İD-sini elektron kabineti və ya BirBank-ın QR-skan xidməti vasitəsilə sistemə daxil etməlidirlər.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - (Video)
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək





