İqtisadiyyat

BTQ ilə yükdaşımalarda ilk dəfə örtülü vaqonlardan istifadə edilib - FOTO

21 Yanvar 2021 13:09
Baxış: 602
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Express" MMC Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə yükdaşımalarda daha bir ilkə imza atıb. Şirkət BTQ dəmir yolunda yükdaşımalarda ilk dəfə, örtülü vaqonlardan istifadə edib.

Bu barədə Milli.Az-a MMC-dən bildiriblər. Bu vaxta qədər BTQ-da yalnız yarımvaqonlar, konteyner və xopperlər (taxıldaşıyan vaqonlar) istifadə edilirdi. Örtülü vaqonlarla yüklərin nəqli və aşırım əməliyyatının həyata keçirilməsi, tamam başqa bir texnoloji proses hesab olunur.

Bu dəfə şirkət, Türkiyədən Azərbaycana idxal olunan Soya jmıxı (yükün digər adı - soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və bərk tullantılar, üyüdülmüş və ya üyüdülməmiş qranullaşdırılmış və ya qranullaşdırılmamış) yükünü nəql edib. Daşınacaq jmıxın ilk 1000 tondan 300 tonu Türkiyənin İskəndərun bölgəsində yerləşən Payas stansiyasında, örtülü vaqonlara yüklənərək Qars stansiyasına çatdırılıb.

Burada yük, ADY Express-in təqdim etdiyi 6 ədəd örtülü vaqona aşırıldıqdan sonra Gürcüstanın Axalkalaki stansiyasına, orada da təkər cütləri dəyişdirildikdən sonra Azərbaycana yola salınıb.

Yükün 150 tonu Sitalçay stansiyasına, 150 tonu isə Z.Tağıyev stansiyasına çatdırılıb. Onu da qeyd edək ki, soya jmıxı quşçuluqda istifadə olunur və bu cür yüklərin nəqlinin davamlı olacağı nəzərdə tutulur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.