İqtisadiyyat

Növbəti 5 il üçün ölkənin yanacaq-enerji balansının layihəsi hazırlanacaq

9 Yanvar 2021 14:46
Baxış: 990
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2022-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsi hazırlanacaq.

Milli.Az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə" bu gün imzaladığı sərəncamda öz əksini tapıb.

Sərəncamla, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi 2022-ci il və sonrakı üç il üçün ölkənin yanacaq-enerji balansının layihəsini hazırlayıb beş ay müddətində Nazirlər Kabinetinə təqdim edəcəklər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.