İqtisadiyyat

Xəzər dənizində qazma qurğusunun modernləşdirilməsinin bitəcəyi vaxt açıqlandı

5 Yanvar 2021 14:11
Baxış: 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Satti" qazma qurğusunun modernləşdirilməsi COVID-19 pandemiyasının səbəb olduğu ləngimələrlə əlaqədar başa çatmayıb.

Bu barədə Milli.Az-a "Caspian Drilling Company" şirkətindən bildiriblər.

Məlumata əsasən, modernləşdirilmə işlərinin bu il fevralın sonunadək başa çatdırılması planlaşdırılır.

Bundan başqa, "Dədə Qorqud" qurğusunun işə cəlb olunması üçün müqavilə imzalanması barədə danışıqlar aparılır.

Qeyd edək ki, Azərbaycanın "Caspian Drilling Company" və Qazaxıstanın "KazMunayQaz" şirkətləri "Satti" qaldırıcı üzən qazma qurğusunun öhdəliyə verilməsi barədə 2019-cu ilin iyununda müqavilə imzalayıb.

"Satti" qurğusu Xəzər dənizində 80 metr dərinlikdə qazma işlərinin aparılması üçün nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.