İqtisadiyyat

AMEA-da parafinli neftlərin uzaq məsafəyə nəqlinə imkan verən aşqar istehsal edilir

9 Dekabr 2020 17:22
Baxış: 2 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Aşqar" Elmi İstehsalat Birliyində parafinli neftlərin uzaq məsafəyə nəqlinə imkan verən aşqar istehsal edilir.

AMEA Yüksək Texnologiyalar Parkından Milli.Az-a verilən məlumata görə, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) yaradılmış və tətbiq üçün tövsiyə edilmiş bəzi elmi-tədqiqat işlərinin nəticələrinin AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan "Aşqar" Elmi İstehsalat Birliyində (EİB) reallaşması üçün müvafiq işlər aparılır.

Belə ki, AKİ-də yaradılmış, parafinli neftlərin donma temperaturunu aşağı salmaqla onların uzaq məsafəyə nəqlinə imkan verən "Depressator AKİ" aşqarı "Aşqar" EİB-də böyük miqyasda istehsal edilir.

"Depressator AKİ" aşqarı yüksək parafinli neftlərin (Qazaxıstan və Türkmənistandan Səngəçal terminalına daxil olan neftlər) Bakı-Ceyhan neft kəməri ilə uzaq məsafəyə ötürülməsində istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.